#

AR və VR Texnologiyası İlə Yeni Dövrün Dizayn Təcrübəsi

Artırılmış Reallıq (AR) və Virtual Reallıq (VR) texnologiyaları, mebel dizaynında tamamilə yeni bir mərhələ açır. Ənənəvi kataloq və vizual təqdimat üsullarından fərqli olaraq, bu texnologiyalar sizə seçdiyiniz mebelin məkanınıza necə uyğunlaşacağını real vaxtda göstərir. AR texnologiyası vasitəsilə smartfon və ya planşetinizin kamerası ilə mebeli yerləşdirmək istədiyiniz sahəyə baxaraq onun ölçü, rəng və üslub baxımından uyğunluğunu yoxlaya bilərsiniz. VR isə tam fərqli bir təcrübə təqdim edir – siz xüsusi eynəklərlə mebel yerləşdirilmiş virtual məkana daxil olur, orada gəzir və hər detalı sanki real həyatda imiş kimi görürsünüz.

Bu texnologiyalar həm fərdi ev sahibləri, həm də memarlar və dizaynerlər üçün iş prosesini asanlaşdırır, vaxt və enerji itkisinin qarşısını alır. Sizin zövqünüzə uyğun dizaynları görmək, dəyişmək və müqayisə etmək indi daha sürətli və əyləncəli bir prosesə çevrilir.


Evə Uyğun Dizaynı Gör: Reallığa Ən Yaxın Vizual Təqdimat


Ən çox verilən suallardan biri budur: “Bu mebel mənim evimdə necə görsənəcək?” Artıq bu sual AR və VR texnologiyası ilə cavabsız qalmır. Biz sizə real məkana uyğunlaşdırılmış, fərdi ölçülərdə və dizaynda hazırlanmış mebellərin virtual olaraq necə görünəcəyini təqdim edirik. Bu o deməkdir ki, seçdiyiniz divan, şkaf, masa və digər elementlər


  • AR və VR texnologiyaları ilə mebel seçimim necə asanlaşır?

    AR və VR texnologiyaları sayəsində mebeli əvvəlcədən məkanınıza uyğunlaşdıraraq vizual olaraq görə bilərsiniz. Bu, ölçü, rəng və yerləşmə qərarlarını daha asan və inamlı şəkildə verməyinizə imkan yaradır.

  • Virtual turdan istifadə etmək üçün xüsusi avadanlığa ehtiyac varmı?

    Biz ən son texnologiyalarla hazırlanmış 3Ds Max, SketchUp, V-Ray və Lumion kimi proqramlardan istifadə edirik. Eyni zamanda AR və VR texnologiyalarından yararlanaraq təqdimatları daha real hala gətiririk.

  • 3D vizualizasiya xidməti ödənişlidirmi?

    Xeyr, sadə bir smartfon və ya kompüter kifayətdir. VR eynəyi olanlar isə daha immersiv təcrübə əldə edə bilərlər. Sayt üzərindən və ya göndərilən linklərlə rahatlıqla istifadə edə bilərsiniz.

  • AR və VR-da göstərilən mebellər real məhsullarla eynidirmi?

    Bəli, təqdim olunan vizuallar real ölçülərə, rəng və materiallara əsaslanır. Məhsulun sizə çatdırılan versiyası vizualizasiya ilə maksimum dərəcədə uyğun olacaq.